Məktəblilərin qəzaya düşdüyü avtobusun sürücüsü AÇIQLAMA VERDİ- VİDEO

Məktəblilərin qəzaya düşdüyü avtobusun sürücüsü  AÇIQLAMA VERDİ- VİDEO backend

Qəbələdən gəzintidən qayıdan məktəblilər Şamaxıda qəzaya düşüblər.

Qaziler.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Şamaxı rayonun Acıdərə adlanan ərazisində baş verib.

Qəbələdən Bakıya qayıdan və içərisində 55 sərnişinin olduğu avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Məlumata görə, xəsarət alanlar Bakı şəhəri 279 nömrəli məktəbin müəllim, şagird heyəti və valideynləri olub. Onlar öz hesablarına Qəbələ rayonuna bir günlük istrahətə gediblər. Hadisə nəticəsində ümumilikdə 13 nəfər xəsarət alıb.

Dərhal hadisə yerinə yol polisi əməkdaşları və xeyli sayda təcili-tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən verilən məlumata görə, xəsarət alan 11 nəfər  Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İki nəfər isə Qobustan Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

Xəstəxanada anasının yanında suallarımızı cavablandıran 6-cı sinif şagirdi Elnur Qasımov hadisə barədə danışıb.

Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstununun həkimi Elşən Məhərrəmov deyib ki, yaralı şagirdin həyati təhlükəsi yoxdur.

Hadisə ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən avtobusun sürücüsü Pərviz Quliyev iddia edib ki, nəqliyyat vasitəsinin əyləcində nasazlıq yaranıb.

''Avtobusu əyləci işləmədiyindən özüm onu daşa vuraraq saxladım'',- deyə sürücü bildirib.

Hadisə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən də nəzarətə götürülüb. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib ki, səfər məktəb rəhbərliyinin yox, valideynlərin təşəbbüsü ilə təşkil olunub.

Bəşarət Məmmədov bildirib ki, belə hadisələrin baş verməməsi üçün paytaxt məktəblərinin rəhbərlərinə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən də ciddi xəbərdarlıq edilib.

Gundem.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

loading...
Diaspora