Həbsdən çıxan Şəmsi Səmədzadə yenə gündəmdə - FOTO

Həbsdən çıxan Şəmsi Səmədzadə yenə gündəmdə -  FOTO backend

Ölkə başçısının mayın 27-də imzaladığı əfv sərəncamı ilə ömürlük məhkumluqdan birbaşa azadlığa buraxılan iş adamı Şəmsi Səmədzadənin adı tez-tez sosial şəbəkələrdə gündəmə gətirilir. Sanki kimlərsə onun unudulmasını istəmir.

Modern.az-ın məluumatına görə, bu dəfə “Xural”ın baş redaktoru Əvəz Zeynallı Şəmsi Səmədzadə ilə bağlı növbəti informasiya tirajlayıb.

O bildirib ki, Gəncədəki "İmamzadə" ziyarətgahında Şəmsi Səmədzadənin adına qurbanlar kəsilib.

“Hələ də Şəmsinin ziyarətinə insanlar axın-axın gəlir, hələ də evlər dolur-boşalır. Qurban deyənlər qurbanlarını kəsir, dualarını edirlər”,-deyə Ə.Zeynallı social şəbəkədə yazıb.

Qeyd edək ki, Ş.Səmədzadə azadlığa çıxandan sonra onunla bağlı media və sosial şəbəkələrdə müxtəlif məlumatlar, iddialar dərc olunub.
 

Maraqlıdır ki, iş adamının Cinayət Məcəlləsinin konkret hansı maddələrlə məhkum olunduğu və ona hansı əmələ görə ömürlük cəza kəsildiyi mediaya açıqlanmayıb. Nə hüquq müdafiəçiləri bu haqda danışmaq istəyib, nə də Şəmsi Səmədzadənin özü və yaxınları.

Əvəzində onun sabiq baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olduğu barədə məlumatlar tirajlanıb. Guya, Şəmsi Səmədzadə sabiq Baş prokuror Zakir Qaralova şillə vurduğuna görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Z.Qaralovun özü də hələ ki bu iddialara münasibət bildirməyib.

Ş.Səmədzadə 2000-ci ildə həbs edilib və ən ağır cəzaya məhkum edilib. 

Şəmsi Səmədzadə əslən Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindəndir. 

1988-ci ildə Qərbi Azərbaycandan deportasiya ediləndən sonra ailəsi ilə birgə indiki Göygöl rayonunda məskunlaşıb. Deyilənə görə, 90-cı illərin əvvəllərində spirt zavodunun müdirinin sürücüsü işləyib. Sonradan isə varlanaraq, iş adamına çevrilib.
 

Qeyd edək ki, Şəmsi Səmədzadənin keçmişi barədə məlumatlı olan bəzi jurnalistlər onun vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasına yaxın olduğunu, hətta bu siyasi təşkilata maliyyə dəstəyi verdiyini iddia ediblər.

loading...
Diaspora