DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir backend

Geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin və digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş imkanlar açır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qaziler.az-a bildirilib ki, mərkəzdə hazırda 190 benefisiara gün ərzində 3 növbə olmaqla 14 istiqamət üzrə təlimlər keçirilir.

Fəaliyyətə başladığı qısa müddət ərzində mərkəz tərəfindən əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgisi, inklüziv teatrlarla birgə tamaşalar, kitab və film təqdimatları, anım tədbiri həyata keçirilib.

Xatırladaq ki, mərkəz ötən ilin oktyabr ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.

loading...
Diaspora