Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib

Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib backend

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTDİB)  təşkilatçılığı ilə Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib. 

MİTD İB Mətbuat xidmətindən Qaziler.az-a bildirilib ki, Tərtər şəhərində, Tərtər Regional Peşə və Təlim Mərkəzində baş tutan seminar Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi  tərəfindən icra olunan “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə  çərçivəsində keçirilib. Layihənin maliyyə dəstəkçisi   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, I və II Qarabağ müharibələrinin nəticəsində Azərbaycanda media sahəsinə da ciddi zərər dəyib:   “1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə  Azərbaycan KİV  işçiləri  cəbhə bölgəsində fəaliyyət göstərərkən həyatlarını  itiriblər, fiziki  xəsarətlər alıblar, sağlamlığına ciddi  zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş azərbaycandilli  KİV redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud,  köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Təəssüf ki, bütün bu məlumatlar  ötən 30 il müddətində dağınıq olub,  konkret statistik məlumat bazası  hazılanmayıb, beynəlxalq təşkilatların diqqətinə çatdırılmayıb. Bu dövrdə daha çox Şəhid jurnalistlərimizin məsələsi qabardılıb. Amma xısarət alan jurnalistlər və müharibə nəticəsində fəaliyyəti dayandırılmış KİV qurumları barədə məlumarlar sistemləşdirilməyib. Biz MİTD İB olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir yardımı ilə icra etdityimiz layihə çərçivəsində bu sahədə mövcud olan  bütün məlumatları araşdırdıq, sistemləşdirdik. Əldə etdiyimiz məlumatlar belədir ki, I və II Qarabağ müharibələri dövründə  11 nəfər Azərbaycan KİV  işçisi cəbhə bölgəsində həyatını itirib. Bunlardan 8 nəfəri jurnalist, 3 nəfəri KİV-də çalışan texniki işçilər olublar. 9 nəfər KİV işçisi fiziki  xəsarətlər alıb, sağlamlığına ciddi  zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş 10  KİV redaksiyası fəaliyyətlərini dayandırmaq, yaxud,  köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Bu redaksiyalarda çalışmış 125 nəfər KİV işçisi də öz iş yerini itirib, köçkün düşüb. Biz bütün bu məlumatları toplayıb sistemləşdirdik. Yaxın günlərdə bütün bu məlumatların əks olunduğu saytın təqdimatı da olacaq”.

 

Müşfiq Ələsgərli qeyd edib ki, Tərtərdə keçirilən seminar zamanı sərhəd bölgəsində fəaliyyət göstərən KİV işçilərinə insidentləri aktlaşdırmaq və jurnalist təşkilatlarına məlumat göndərmək prosedurları barədə məlumat verilib: “Onlar sərhəd bölgələrində fəaliyyət göstərirlər və insidentlərlə rastlaşmaq riskləri üstündür. Tədbirə qatılmış jurnalistlərə insidentlərlə rastlaşdıqları zaman hadisələri aktlaşdırmaq, hansı ünvanlara göndərmək lazım olduğu barədə məlumat verdik. Bundan sonra sərhəd bölgəsində, qaynar nöqtələrdə insidentlərlə rastlaşan KİV-lərin və KİV işçilərinin məsələsi dərhal sənədləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim ediləcək”.

 

 

Diaspora