DOST Agentliyi interaktiv seminar təşkil etdi - FOTO

DOST Agentliyi interaktiv seminar təşkil etdi -  FOTO backend

DOST Agentliyinin nümayəndə heyəti Almaniyanın Hamburq şəhərində keçirilən “30-cu Avropa Sosial Xidmətlər Konfransı”nda iştirak edir.

Qaziler.az xəbər verir ki, 35 ölkədən 600 nümayəndənin iştirak etdiyi Konfrans çərçivəsində “DOST modeli: fövqəladə halların çevik və zəkalı cavablandırılmasının nəticələri” mövzusunda seminarın (workshop) təşkili DOST Agentliyinə həvalə edilib.

Seminarda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Agentliyin nümayəndələri tərəfindən “DOST Agentliyi: xidmətlərin çatdırılmasına innovativ yanaşma” (“DOST Agency. Innovative Approach to Service Delivery”) mövzusunda üç interaktiv təqdimat keçirilib.

Tədbirdə DOST Agentliyi tərəfindən keçiriləcək “Vahid Giriş Platforması dayanıqlı sosial müdafiə üçün sabit həll kimi” beynəlxalq konfransı barədə də məlumat verilib.

İştirakçılar 8-9 sentyabr 2022-ci il tarixlərində Azərbaycanda sosial xidmətlər sahəsində ilk dəfə keçirilməsi nəzərdə tutulan konfransa dəvət olunublar.

Tədbir zamanı DOST Agentliyinin İdarə Heyəti sədrinin Avropa Sosial Şəbəkəsinin baş icraçı direktoru ilə görüşü də baş tutub. Görüş çərçivəsində təşkilatla Agentlik arasında perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Cari ildə DOST konsepsiyası və təcrübəsi 50-dən çox yerli və beynəlxalq tədbirdə təqdim olunub. Onlardan bir qismi Agentlik təmsilçilərinin Macarıstan, Estoniya, Belçika və Almaniyaya səfərləri zamanı edilib.

loading...
Diaspora