“Əlilliyin elektron qiymətləndirilməsində müəyyən səhvlərə yol verilir”.
Modern.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.
Agentlik sədri bildirib ki, xəstəni görmədən qoyulan diaqnozda müəyyən səhvlərə yol verilə bilər:
"Bu problemi aradan qaldırmaq üçün əyani qiymətləndirmə meyarı gündəmə gəldi. Artıq qiymətləndirmə nəticəsi ilə razı olmayan vətəndaşlar təkrar müayinədən keçirilir".