Sabah 4 rayonda qaz olmayacaq

Sabah 4 rayonda qaz olmayacaq backend

Sabah Tərtər, Bərdə, Ağdam və Yevlax rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, iyunun 10-da saat 08:00-dan 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Kövər” QPS-dən qaz təchizatının dayandırılması, həmçinin iyunun 10-da saat 09:00-dan etibarən 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Bərdə, “Kətəlparaq”, “Tərtər”, “Azadqaraqoyunlu” QPS-lərdən və “Bərdə” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır, eyni zamanda iyunun 11-də işin gedişindən asılı olaraq “Ağcabədi” QPS-dən qidalanan Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranması ehtimalı mövcuddur.

Təmir işləri aparılan müddətdə Tərtər rayonunun qaz təchizatında tam olaraq, Bərdə, Ağdam və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

loading...
Diaspora