Əmək kitabçası tələbi nə zaman ləğv ediləcək? - AÇIQLAMA

Əmək kitabçası tələbi nə zaman ləğv ediləcək? -  AÇIQLAMA backend

Azərbaycanda əmək kitabçalarının elektronlaşdırılması prosesi başa çatdıqdan sonra işəgötürənlərin əmək kitabçası tələbi ləğv ediləcək.

Trend-in məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, əmək kitabçalarının elektronlaşdırılması çətin prosesdir.

 

“İlin sonuna qədər Əmək münasibətləri və məşğulluq altsisteminin tam təkmilləşdirilməsi nəzərdə tutulub. Altsistemin təkmilləşdirilməsi ilə əmək kitabçalarının ləğvi nəzərdə tutulmur. Bu dəyişikliklə əmək kitabçası tələbi yığışdırılacaq. Əmək kitabçası şəxslərin özündə qalır və pensiya təminatı zamanı lazım ola bilər. Təkmilləşmə işləri yekunlaşdıqdan sonra 2006-cı ilə qədər olan dövr də elektronlaşdırılacaq. İlin sonuna və ya gələn ilin əvvəlinə bu proses tam yekunlaşa biləcək", - deyə M.Abbasbəyli əlavə edib.

loading...
Diaspora