Bir qrup Vətən müharibəsi qazisi ilə növbəti görüş oldu - FOTO

Bir qrup Vətən müharibəsi qazisi ilə növbəti görüş oldu - FOTO backend

Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində Agentliyin sədri Anar Bayramov və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirakı ilə bir qrup  Vətən müharibəsi qazisi ilə görüş olub.

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, görüşdə iştirak edən Vətən müharibəsi qaziləri ölkədə müharibə veteranları ilə bağlı ardıcıl həyata keçirilən sosial dəstək tədbirlərinin ümumən ictimaiyyət tərəfindən razılıqla qarşılandığını ifadə ediblər.

 

44 günlük Vətən müharibəsi iştirakçılarının sosial dəstəklə təmin olunması, həmçinin döyüşlərdə yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.

 

A.Bayramov müharibədən sonra elə ilk günlərdən bu istiqamətdə işlərə başlandığını, döyüşlərdə yaralanmış qazilərin evlərində və xəstəxanalarda ziyarət olunaraq, ilkin müayinələr, qeydlər aparıldığını deyib.

 

Müvafiq komissiyada təmsil olunan qurumlarla birgə qazilərin əlilliyinin operativ qiymətləndirilməsi işlərinin bu gün də davam etdiyi, ötən dövrdə müalicə müddəti bitmiş artıq 3 min qaziyə əlillik dərəcələri və sosial ödənişlər təyin olunduğu diqqətə çatdırılıb.

 

Əlilliyin qiymətləndirilməsi proseduru barədə məlumat verilib. Bu sahədə şəffaf, obyektiv, ədalətli qərarların qəbul edilməsinin əsas fəaliyyət prinsipi olduğu vurğulanıb. Ümumilikdə, bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox olmaqla 30 min şəxsə əlillik dərəcəsi təyin edildiyi, son 3 ildə əlillik təyinatlarının 160 mindən çox olduğu bildirilib.

 

Postmüharibə dövründə Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlilinin 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazinin reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

 

M.Abbasbəyli           qazilərin də şəhid ailələrinin üzvləri ilə bərabər aktiv məşğulluq proqramlarına cəlb edilməsi işlərini diqqətə çatdırıb. Postmüharibə dövründə 12,1 min şəhid ailəsi və  qazının aktiv məşğulluq proqramlarına cəlb edilərək məşğulluğuna dəstək göstərildiyi, onlardan 7,8 min nəfərinin özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradıldığı vurğulanıb.

 

Eləcə də Nazirlik və qurumlarının rəhbər şəxsləri tərəfindən istər qurumların özündə, istərsə də bölgələrdə qazilərin mütəmadi qəbullarının həyata keçirildiyi diqqətə çatdırılıb.

 

Hərbi ekspertlər Ədalət Verdiyev və Rey Kərimoğlu və digərləri qazilərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərini müzakirə ediblər. Bu sahə ilə bağlı təkliflər bildirilib, qazilərlə belə görüşlərin ardıcıl təşkil edilməsi müsbət dəyərləndirilib və belə görüşlərin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

loading...
Diaspora