Özünüməşğulluq proqramı üzrə daha 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradıldı

Özünüməşğulluq proqramı üzrə daha 100 şəhid ailəsi və  qazi üçün kiçik bizneslər yaradıldı backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək işləri davam edir.

 

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramına bu ilin ötən dövründə 1351 şəhid ailəsi, qazi cəlb olunub.

 

Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

loading...
Diaspora