Xəzər dənizinin müxtəlif ərazilərindən götürülən monitorinqin nəticələri məlum olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, vətəndaşlar Xəzər və Binəqədi rayonlarında yerləşən çimərliklərdən istifadə edə bilər:
“Şıx, Hövsan, Sahil və Türkan çimərliklərində çimmək məqsədəuyğun sayılmır. Həmin ərazilərdən götürülən nümunələrdə bakterioloji çirklənmə müəyyən edilib. Bu barədə aidiyyəti orqanlara müraciət ediləcək”.