İraq İŞİD-lə bağlı Azərbaycana təşəkkür etdi

İraq İŞİD-lə bağlı Azərbaycana təşəkkür etdi backend

İraq hökuməti İŞİD terror təşkilatının sıralarında döyüşmüş azərbaycanlı ailələrin uşaqlarını geri qaytardığına görə Azərbaycana təşəkkür edib.

“Report” "Iraqi News Agency"yə istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasım əl-Aracinin Azərbaycanın Bağdaddakı səfiri Nəsir Məmmədovla görüşündə qeyd olunub.

Bildirilib ki, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə tərəflər təhlükəsizlik sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı əl-Araci ölkəsinin dialoq və açıq diplomatiya anlayışını mənimsədiyini bildirib və Bağdad hökumətinin dost ölkələrlə əlaqələrini gücləndirmək istədiyini qeyd edib.

loading...
Diaspora