Seyfi oğurlayan şəxslərdən biri tutulub. Bakıda içərisində külli miqdarda pul olan seyf oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450000 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub. Cinayətdə iştirak etmiş digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.Şirkətin 450 min dolları oğurlanıb

