Anar Kərimov BƏT-in 110-cu sessiyasında çıxış edib

Anar Kərimov BƏT-in 110-cu sessiyasında çıxış edib backend

Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsində ardıcıl səyləri diqqətə çatdırılıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Beynəlxalq Əmək Konfransının 110-cu sessiyasında çıxış edib.

Qaziler.az xəbər verir ki, nazir müavini Azərbaycanda sosial sahədə aparılan siyasətin ilk növbədə sosial müdafiə sisteminin əhatəliliyinin təmin edilməsinə yönəldiyini qeyd edib.

Bu siyasətin  dövlət sosial xidmətlərinə rahat və  şəffaf çıxışın yaradılmasına, həssas qrupların sosial təminatının gücləndirilməsinə xidmət etdiyini bildirib.

Son 3 ildə ölkəmizdə 4 milyon insanı əhatə edən 3 sosial islahat paketinin həyata keçirildiyini qeyd edən  A.Kərimov bu islahatlar üçün əlavə illik 6 milyard manat (təxminən 3,5 milyard ABŞ dolları) vəsait ayrıldığını diqqətə çatdırıb.

O, Azərbaycanda əmək və sosial müdafiə sahəsində innovativ həllərin geniş tətbiqinin prioritet olduğunu vurğulayıb. 154 sosial xidmətin vahid platformadan şəffaf və operativ şəkildə təqdim olunmasını təmin edən DOST mərkəzləri barədə məlumat verib.

Əmək, məşğulluq, sosial təminat üzrə 110 xidmətin tam avtomatlaşdırıldığını, onların yarısının proaktiv xidmətlər olduğunu deyib.

A.Kərimov 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edildiyini, həmin ərazilərin yaşıl enerji zonalarına çevriləcəyini, smart konsepsiyalar əsasında yenidən qurulmaqda olduğunu diqqətə çatdırıb.

Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsində ardıcıl səylərindən bəhs edib. Həmçinin  ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışını nəzərdə tutan qətnamənin BMT-nin İnsan Hüquqları Şurasında qəbul olunduğunu qeyd edib.

A.Kərimov ölkəmizdə əmək və məşğulluq sahəsində siyasətinin həyata keçirilməsində Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarla sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

loading...
Diaspora