Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə,1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 57 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 508, bu günə qədər isə ümumilikdə 6 911 894 test icra olunub.
