CASCFEN Mətbuat Xidmətinin QAZİLER.AZ-a verdiyi məlumata görə, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” üzrə sonuncu seminarını sentyabrın 07-də Bakıda təşkil edəcək.
Seminarlarda aşağıdakı mövzulara yer veriləcək:1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar;
2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı;
3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət;
4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket;
5. Netiketin pozulma halları və onların aradan qaldırılması;
6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi;
7. Örnəklər üzərində iş.
Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcək. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılar CASCFEN-in sertifikatını alacaq. Seminar ödənişsizdir.
Qatılmaq istəyənlərin ən geci sentyabrın 4-dək bu ünvanlardan birinə müraciət etməsi xahiş olunur:[email protected] və ya [email protected].
Lütfən, CV və ya bioqrafiya göndərməyin.
Müraciət edərkən e-məktubun mövzu yerinə “Bakıda seminar”, mətn yerinə isə ad, soyad, işlədiyiniz məktəb, dərs dediyiniz fənn və iş stajı bilgilərinizi tək bir sətirdə yazmaqla göndərin.
Təşkilatın saytı:www.cascfen.net.
Layihə rəhbəri: Azər Həsrət –www.azerhasret.com +994 50 335 2795