Əmək nazirləri Türkiyəyə toplanır

Əmək nazirləri Türkiyəyə toplanır backend

Sentyabrın 3-4-də Ankara şəhərində Türkiyə dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna sədrliyi çərçivəsində əmək və məşğulluq nazirlərinin toplantısı keçiriləcək. Virtualaz.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, tədbirdə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Toplantı zamanı Türkiyənin G20 qrupuna sədrliyi üçün müəyyən etdiyi prioritetlərə uyğun olaraq əmək bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının təşviq olunması, insan resurslarına sərmayənin artırılması, əmək bazarına dair səmərəli monitorinqin aparılması, iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyənin G20 qrupuna sədrliyi dövründəki toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak etməyə dəvət olunub.
Diaspora