Nəcməddin Sadıkovun yaxın adamı barəsində yeni İTTİHAM

Nəcməddin Sadıkovun yaxın adamı barəsində yeni  İTTİHAM backend

Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində ittihama yeni maddələr əlavə edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq təkrar rüşvət aldığı üzə çıxıb.

Onun əməlləri Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və digər maddələrinə tövsif olunub.

Həbs olunduqdan sonra səhhətində problem yarandığı deyilən Z.Niftəliyev Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, onun əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olmuşdu. Hazırkı mərhələdə onun cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Z.Niftəliyev daha öncə dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunurdu.

Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

loading...
Diaspora