Ağalıda yeni həyat başlayır - VİDEO

Ağalıda yeni həyat başlayır - VİDEO backend

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur: respublikamızda ilk dəfə “ağıllı kənd” layihəsi burada icra olunur. Ən müasir texnologiyaların tətbiqi ilə salınan kənddə uzun illər yurd həsrəti çəkmiş məcburi köçkünlər daimi məskunlaşdırılacaqlar.

Qaziler.az bildirir ki, layihənin birinci  mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  mayın 28-də - Müstəqillik Günündə keçirilib. Dövlətimizin başçısı hazırda inşası başa çatdırılan 200 evdən başqa, kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi barədə tapşırıq verib.

Ağalılar qayıdışa hazırlaşırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti onların yenidən qurulan kənd barədə təəssüratlarını, qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən videoçarxlar hazırlayır. Təqdim edilən ilk videoçarxın qəhrəmanları kəndin sakini Bahar Səmədova və onun oğlu Kənan Nəbiyevdir…

loading...
Diaspora