Şəhidlərimizin xatirəsi anılıb - VİDEO

Şəhidlərimizin xatirəsi anılıb -  VİDEO backend

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib.

Bu barədə Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Fərrux Hüseynov, Rəvan Məlikov, Elnur Abışov, Fərid Məmmədov və Murad Yunusovun xatirəsinə həsr olunan anım mərasimində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbədən, bu zəfərin tarixi əhəmiyyətindən danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.

loading...
Diaspora