Zakir Qaralov Qəbələdə vətəndaşların qəbulunu keçirəcə

Zakir Qaralov Qəbələdə vətəndaşların qəbulunu keçirəcə backend

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov sentyabrın 4-də saat 11:00-da Qəbələ Rayon Prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.



Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Diaspora