Portalda qeydiyyatdan keçmiş aktiv istifadəçi sayı 1 milyon 185 minə çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına ötən dövrdə 60 milyon müraciət olub.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.
Hər bir şəxs onun barəsində portalda toplanmış məlumatları daimi izləmək və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət etmək imkanına malikdir.
“Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərən bu portalda qeydiyyatdan keçmiş aktiv istifadəçi sayı artaraq 1 milyon 185 minə çatıb.