Şəhid jurnalist Sirac Abışovun anım tədbiri keçirilib - FOTO

Şəhid jurnalist Sirac Abışovun anım tədbiri keçirilib - FOTO backend

Ötən il Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olan Sirac Abışovun bu gün anım tədbiri keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə şəhidin yaxınları, hökümət nümayəndələri, millət vəkili Ceyhun Məmmədov, Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və qurumun nümayəndələri, Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və şəhər ictimaiyyəti iştirak edib.

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.

M.İbrahimov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah digər şəhid olan jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçiriləcək.

 

Diaspora