Salyanda canavarlar kəndə hücum çəkərək atı parçalayıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Salyan rayonunun Qırxçıraq kəndində şəxsi təsərrüfata hücum edən canavarlar İbrahim Məmmədova məxsus atın balasını parçalayıb.Təsərrüfat sahibi evdən bir qədər aralıda bağladığı ata baxmaq istəyərkən balasının canavarlar tərəfindən parçalandığını görüb.
Kənd sakinləri ərazi icra nümayəndəsini məlumatlandıraraq tədbirlər görülməsini xahiş ediblər. Onlar bildirir ki, Qırxçıraq kəndi bir neçə dəfə canavarların hücumuna məruz qalıb və nəticədə kənd sakinlərinə xeyli maddi ziyan dəyib.