"Qazilərin yüksək səviyyədə təminatı ilə məşğul olmağa borcluyuq" - Vahid Əhmədov

"Qazilərin yüksək səviyyədə təminatı ilə məşğul olmağa borcluyuq" -  Vahid Əhmədov backend

“Bu gün ölkəmizdə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür”.

Qaziler.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat qeyd edib ki, ölkəmizdə şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür:

“Azərbaycanın dövlət başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman qazi və şəhid ailələrinə diqqət və qayğı göstərir. Qeyd edim ki, ölkəmizdə həm qazilərə, həm də şəhid ailələrinə diqqət və qayğı kifayət qədər böyükdür. Çünki 44 günlük Vətən müharibəsindəki qələbəni onlar bizə yaşadıblar. İstər şəhid ailələrinin, istərsə də qazilərin sağlamlığı, dolanışığı  və s. kimi məsələlər daim dövlətimizin diqqət mərkəzindədir. Təbii ki, bugünədək onların problemlərin həlli istiqamətində mühüm addımlar atılıb. Əlbəttə ki, bunların əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib, xüsusən də nazir Sahil Babayev bu istiqamətdə mühüm işlər görüb. Düzdür, etiraf edək ki, bəzi məqamlarda anlaşılmazlıqlar, müəyyən şikayətlər var. Amma biz parlamentar olaraq bu işlərlə məşğul oluruq və vaxtında lazımi tədbirlər görürük. Çalışırq ki, bu işlər olmasın. Yəni, dövlət hər zaman çalışır ki, onlar diqqət mərkəzindən kənarda qalmasınlar”. 

V.Əhmədov qeyd edib ki, biz şəhid ailələrinin və qazilərin həmişə yüksək səviyyədə təminatı ilə məşğul olmağa borcluyuq: “Yenə qeyd edirəm ki, bu sahədə bəzi problemlər var. Ancaq onlar da yavaş-yavaş öz müsbət həllini tapacaq”.

loading...
Diaspora