Dosent Zaur Əliyev 1919-cu il in 28 may günü - Azərbaycanın müstəqilliyinin bir yaşında Gəncədə çəkildiyi bildirilən fotonu paylaşıb.
Qaziler.az Kult.az-a istinadla xəbər verir ki, fotoda Azərbaycan Cümhuriyyətinin ildönümünü Gəncədə qeyd edən böyük şəxsiyyətlər əks olunub:
Ön cərgədə Məşədi Cəmil Əmirov və gənc xanəndə Bülbül, ikinci sırada, sağdan sola, beşinci sırada Nəsibbəy Yusifbəyli, altıncı - parlament sədrinin müavini Həsən bəy Ağayev, yeddinci - "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyov, doqquzuncu - hərbi kəşfiyyatın yaradıcısı Nağı bəy Şeyxzamanlı və onun arxasında böyük şair, Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavad dayanır.
