Selçuk Bayraktar: “Qoy dünya türkün gücünü görsün və yerini bilsin”

Selçuk Bayraktar: “Qoy dünya türkün gücünü görsün və yerini bilsin” backend

“"Texnofest" müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı düstur edən bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub yaşıllaşdıracaq, yüksək texnologiyanı bütün cəmiyyətlə birlikdə inkişaf etdirmə səfərbərliyidir”.

Apa xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "TEKNOFEST-Azərbaycan"da çıxışı zamanı deyib.

 

O bildirib ki, dünən işğaldan azad olunmuş qədim Şuşada, Cıdır düzündə azad şəkildə yürüş edərkən bu ruhu daha dərindən hiss edib.
"Qoy dünya türkün gücünü görsün və yerini bilsin. Bundan sonra bizə düşən türk uşaqlarının yolunu açmaq üçün dayanmadan çalışmaqdır. İnanıram ki, bu yarışlardan çıxacaq gənc qardaşlarımız bu ruhdan aldıqları feyzlə irəliləyəcək və tam müstəqillik mübarizəsində ən irəlidə olacaqlar", - Selçuk Bayraktar deyib.

loading...
Diaspora