"Gəncə hadisələri"nə görə həbs edilən 3 nəfər azadlığa buraxılıb

"Gəncə hadisələri"nə görə həbs edilən 3 nəfər azadlığa buraxılıb backend

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.

Qaziler.az Apa-ya istinadən xəbər verir ki, sərəncam bu müəssisədəki məhkumlardan 11 nəfər şamil olunub.

Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin cəzası yarıya endirilib.

Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombsdumanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.

Onlara müvafiq ərizələr təqdim olunub və 4 nəfər azadlığa buraxılıblar.

Azadlığa buraxılanlardan 3-ü "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.