“COVİD 19-a qarşı peyvənd tələbi də, cərimələr də ləğv edilməlidir” - Tanınmış həkimdən çağırış

“COVİD 19-a qarşı peyvənd tələbi də, cərimələr də ləğv edilməlidir” -  Tanınmış həkimdən çağırış backend

Deputat isə fərqli düşünür...

Azərbaycanda maska rejimi ləğv olunsa da, COVİD-19 pasportu tələbi hələ də qalır. Xüsusən də, restoranlara  pasportsuz icazə verilmir. İnsanlar arasında da narazılıq yaranıb, yoluxma yoxdursa, niyə bu tələb hələ də irəli sürülür. Bu arda isə ÜST pandemiyanı ləğv etməyə tələsmir.

Əhalini narahat edən daha bir məsələ pandemiya dövründə yazılan cərimələrin ləğv olunmamasıdır. Bununla bağlı hökumətin hansısa qanunverici təşəbbüsü olacaqmı? Əvvəl deyilirdi ki, karantin rejimi bitsin sonra məsələyə baxıla bilər. Artıq karantin rejimi də aradan qalxıb.

Mövzu ilə bağlı koronovirus xəstələri ilə birbaşa işləmiş həkim-radioloq Aydın Əliyev “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Azərbaycanda pandemiya bitib. Bu, dəqiq belədir. Çünki 2, 10, 30 yoluxma pandemiya sayılmır. Bu, gülməli bir yanaşmadır. Ölkədə hazırda mədə-bağırsaq infeksiyasına yoluxan daha çoxdur, nəinki COVİD-ə. Qrip mövsümü qripə yoluxan daha çoxdur, nəinki koronavirusa yoluxma.

Həkim Aydın Əliyev: Bütün digər karantin rejimləri ləğv edilməlidir, mütləq  şəkildə! İnsanların rayonlara... » AzadQadin.Az - Qadın İnformasiya Portalı

Təbii ki, biz üçüncü doza peyvənd məsələsini təklif vermişdik. Ümumiyyətlə, COVİD 19-a qarşı peyvənd tələbi ləğv edilməlidir. Müasir dünya elminə, tibbə əsaslanan cavab ölkəmizdə yoxdur ki, niyə karantin qaydaları ləğv edilmir. Elmə əsaslanmadığına görə başqa fakt da ortaya çıxır. Yəqin ki, onu əllərində bir alət kimi saxlayırlar ki, lazım olanda sərtləşdirsinlər, ya da yumşaltsınlar. Bunun başqa izahı yoxdur.

Cərimələrə gəlincə, bizim hüquqşünaslar açıqladılar ki, karantin qaydaları ləğv olunandan sonra yazılmış cərimələr ləğv olunanadək ödənməyibsə, ondan sonra qüvvədən düşməlidir. Mənasız cərimələrə görə insanları incitməməlidirlər. Bu dəqiqə qiymətlər qalxıb, ərzaq, qeyri-ərzaq məhsulları bahalaşıb. Adama deyirlər, 3 ay bundan qabaq maska taxmamısan, ona görə 200 manat cərimə ödəməlisən. Bu qədər haqsızlıq olmaz axı!"

Deputat Ceyhun Məmmədov – Müsəlman ölkələrində din təhsili

Ceyhun Məmmədov

YAP-çı deputat Ceyhun Məmmədov isə bildirdi ki, bu gün bu proses beynəlxalq protokollara əsasən tənzimlənir: “Dünyada belə yanaşmalar var ki, artıq pandemiya arxada qalıb. Amma ümumən götürdükdə əvvəlki dövrdə də buna bənzər prosesləri yaşadıq. Bəzən dedilər, qayıtmayacaq, amma qayıtdı. Düzdür, yenidən başlaması ehtimalı çox azdır. Nəzərə alsaq ki, restoranlarda, mehmanxanalarda, bəzən toylarda çoxlu sayda insan yığışır. Amma biz statistik məlumatlara da baxanda görürük ki, koronavirusa ya bir nəfər yoluxub, ya da heç olmur. Hesab edirəm ki, ehtiyatlılıq baxımından bunu tələb etməkdə bir problem yoxdur. Vətəndaşların 90 faizi xəstəliyi keçirib sağalıblar. Vaksin olunublar. Ehtiyatlılıq baxımından tələsməməliyik. Bütün dünyada arxayınlıq yaranandan sonra bu da aradan qaldırılacaq. Hazırkı məsələdə ümumi bu prosesə mənfi təsir göstərə biləcək halların qarşısının alınması baxımından biz bunu normal qarşılamalıyıq. Bir müddətdən sonra bu məsələyə də baxılacaq. Bu tələb də vətəndaşlar qarşısında qaldırılmayacaq. Hazırki mərhələdə bunu anlayışla qarşılamalıyıq. Biz millət vəkilləri olaraq tədbirlərə, restoranlara gedəndə bizdən bu tələb olunur, biz də bunu normal qarşılayırıq. Düşünürəm ki, bir müddət gözləsək, daha yaxşıdır”.

Deputat karantin dövründə kəsilən cərimələrdən də danışdı: “Bununla bağlı əvvəl də münasibət bildirmişəm. Vətəndaşlar istəyir ki, ləğv olunsun. Amma elə vətəndaş var ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maska taxmayıb, qaydalara əməl etməyib. Elə adam var ki, yayın istisində, hətta çətin vaxtlarda da həmişə qaydalara əməl edib. Qaydalara əməl etmə, saymazlıq et, sonra da gəl ki, dövlət məni azad eləsin. Hesab edirəm bunu istəyən insanlar özləri də bu barədə düşünməlidirlər. Olmazdımı, insanlar özləri o qaydalara əməl etsinlər, bu gün də belə bir arzuda olmasınlar. Biz bu addımı atanda artıq burada ənənə yaratmış oluruq. Sabah hansısa bir məhdudiyyət tətbiq ediləndə, hansısa qərar qəbul ediləndə vətəndaş eyni düşüncə ilə yanaşacaq. Bəlkə bu dəfə də cəriməni siləcəklər, bağışlayacaqlar.

O baxımdan hesab edirəm ki, bu məqamları da nəzərə almaq lazımdır. Bununla bağlı mediada, sosial şəbəkələrdə müzakirələr gedir. Bu, birbaşa Nazirlər Kabineti yanında Operativ Qərargaha aid məsələdir. O barədə qərarı dövlət qurumları verə bilər. Qanunu biz müzakirə etmişdik. Onunla bağlı Milli Məclis öz mövqeyini bildirdi. Amma cərimələr dövlət səviyyəsində qəbul ediləcək qərardır".
“Yeni Müsavat”

Diaspora