Jurnalist Əfqan Sadıqov əfv edilib

Jurnalist Əfqan Sadıqov əfv edilib backend

Jurnalist Əfqan Sadıqov əfv edilib.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında onun da adı var.

Xatırladaq ki, 2020-ci ilin mayında “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə hökm Əfqan Sadıqova münasibətdə dəyişdirilməklə, təyin edilən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilib.

loading...
Diaspora