Daha əvvəl aorta-koronar şuntlama əməliyyatı olunan 71 yaşlı Feyzulla Rzayevə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib.
Lent.az-ın məlumatına görə, mərkəzin rəisi doktor Anar Əmrahın rəhbərliyi ilə heyət tərəfindən "Qarın aortasının yırtılmış nəhəng anevrizması" qarın boşluğu açılmadan və anesteziya olunmadan qapalı üsulla xəstənin aortasına və hər iki qalça arteriyasına stend yerləşdirilərək yırtılmış damar bərpa olunub.Müalicəsi uğurla başa çatdırılan F.Rzayev kafi vəziyyətdə evinə yazılıb.