ABŞ-ın iki şəhərində 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib

ABŞ-ın iki şəhərində 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib backend

ABŞ-ın Şimali Karolina ştatının Keri (Cary) və Şarlotta (Charlotta) şəhərlərində 28 may 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, Keri şəhər meri Harold Vaynbrext və Şarlotta şəhər meri Aleksandr Laylesin imzaladıqları bəyannamələrdə bildirilib ki, Azərbaycan əsilli amerikalılar 28 May 1918-ci il tarixində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümünü qeyd edirlər. Sənədlərdə Azərbaycanla mədəni, iqtisadi, elm və təhsil sahəsində əlaqələrin qurulmasında, eləcə də Keri və Şarlotta şəhərlərindəki mədəniyyətlərarası anlaşmaya töhfələrini bəxş edən Azərbaycan icmasının fəaliyyəti yüksək qiymətləndirilib.

Şəhər merləri yerli ictimaiyyəti bu bayrama qoşulmağa və Azərbaycan icmasının sevincinə şərik olmağa çağırıblar.

Qeyd edək ki, bəyannamələr Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.

loading...
Diaspora