Əli Abdullayevin tutduğu vəzifə ləğv edildi

Əli Abdullayevin tutduğu vəzifə  ləğv edildi backend

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

"Report" xəbər verir ki, bu vəzifə Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla ləğv olunub.

Sənədə əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin 5 müavini olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsini Əli Abdullayev tuturdu.

Diaspora