Nazir müavini Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Nazir müavini Şirvan şəhərində vətəndaşları qəbul edəcək backend

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iyunun 3-də Şirvan şəhərində həmin şəhərin və Hacıqabul rayonunun sakinlərini qəbul edəcək.

Qaziler.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 24-31 may tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Diaspora