Millət vəkili şəhidimizin anası ilə görüşdü - FOTO

Millət vəkili şəhidimizin anası ilə görüşdü -  FOTO backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Ziyəddin Arzu oğlu Rəşidovun anası Rəsmiyyə xanım Rəşidova ilə görüşüb.

Qaziler.az xəbər verir ki, millət vəkili şəhid anasını dinləyib, onun qayğı və istəkləri ilə maraqlanıb.

Şəhid anasını 28 May – Müstəqillik Günü münasibəti ilə təbrik edən millət vəkili bütün bayramlarda təbriki ən çox onların haqq etdiyini bildirib.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində şəhid olmuş Ziyəddin Arzu oğlu Rəşidov (28.08.1997, Xırdalan – 30.10.2020, Füzuli) Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda döyüşüb.

Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Diaspora