İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib backend

Audiovizual Şuranın inzibati binasında keçirilən seçkinin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilib.

Trend xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.

Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü.

Diaspora