Ruslan Əliyev bir qrup birlik əməkdaşını mükafatlandırdı - FOTO

Ruslan Əliyev bir qrup birlik əməkdaşını mükafatlandırdı -  FOTO backend

"İşinə məsuliyyətlə yanaşan, zəhmət çəkən hər bir nümunəvi işçinin əməyi qiymətləndirilir. Həmin şəxslər heç bir zaman diqqətdən kənar qalmır".

Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəki şəhərində bir qrup Birlik əməkdaşı ilə görüşü zamanı bildirib.

Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktor nəzarətçi-çilingərlərin işini yüksək qiymətləndirərək, onlara təşəkkür edib.

Daha sonra Zaqatala Regional qaz istismarı İdarəsinin tabeliyində olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağdaş və Qəbələ xidmət sahələrinin ümumilikdə 28 əməkdaşı "Azəriqaz" İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Ruslan Əliyev görüşdə iştirak bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.

loading...
Diaspora