Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən kimdir? - VİDEO

Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən kimdir? - VİDEO backend

Ölkə yollarında təhlükəli avtomobil idarə edən, digər hərəkət iştirakçılarına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətlərinə yol verən və bütün bunları videoya çəkərək sosial şəbəkələrdə özünə məxsus hesablarda paylaşan sürücü barəsində müvafiq tədbir görülüb.

Qaziler.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu əməlləri törədənin Əziz Soltanpaşa oğlu Məlikov olduğu aşkara çıxıb. Maraqlıdır ki, hərbi xidmətdə ola-ola bu əməlləri törədən və video çəkərək sosial şəbəkələrdə paylaşan şəxs tanınmış iş adamının oğludur.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99 BC 181 dövlət nömrə nişanlı, "Şevrolet Kruz" (Chevrolet Cruze) markalı avtomobilin sürücüsü Əziz Soltanpaşa oğlu Məlikov əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.

Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən olub və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. O hal-hazırda hərbi xidmətdə olduğu üçün iş hərbi məhkəməyə göndərilib.

Diaspora