"TEKNOFEST-Azərbaycan" festivalı çərçivəsində mediatur təşkil edilib

"TEKNOFEST-Azərbaycan" festivalı çərçivəsində mediatur təşkil edilib backend

Mayın 26-29-u Bakıda keçiriləcək "TEKNOFEST-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində akkreditasiyadan keçmiş jurnalistlər üçün mediatur təşkil edilib.

Qaziler.az "report"-a istinadən xəbər verir ki, əvvəlcə media nümayəndələri ərazi ilə tanış edilib.

Bildirilir ki, burada əsas səhnə və sərgilərin keçirilməsi üçün xüsusi çadırlar nəzərdə tutulub. Hazırda ərazidə Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin və digər qurumların texnikaları var.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov bildirib ki, dünyanın ən texnoloji festivalı Türkiyə hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçiriləcək: "Festivalda müxtəlif ölkələrdən qonaqlar iştirak edəcək, texnologiya festivalları keçiriləcək və onların qalibləri müəyyən olunacaq. Azərbaycanın və Türkiyənin Müdafiə Nazirliyinin nümayəndələri də burada iştirak edəcək, pilotlar avişou göstərəcək. Su üzərində unikal, məşhur uçan adam şousu, "Flyboard" şousu məhz ilk dəfə bu festival çərçivəsində nümayiş etdiriləcək".

"Bu gün həm azərbaycanlı, həm də türkiyəli gənclərin texnologiya sahəsində inkişafı üçün bu festival böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə texnologiyanın inkişafı, bu sahəyə marağın artırılması prioritet təşkil edir. Bu platformadan hər bir kəs qalib olaraq çıxacaq", - nazirlik rəsmisi əlavə edib.

Diaspora