Avqustun 26-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında general Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyinə həsr edilmiş "Naxçıvanski 120" adlı tədbir keçiriləcək.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, Müdafiə Nazirliyinin idarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, Azərbaycan Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov və tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun generalın həyat və fəaliyyəti haqqında məruzələri dinləniləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə həmçinin Cəmşid Naxçıvanskiyə həsr olunmuş sənədli filmi nümayiş ediləcək.