Toy edənlərə pis xəbər - VİDEO

Toy edənlərə pis xəbər -  VİDEO backend

Toy menyularının qiymətləri artıb. Səbəb isə aydındır: ərzaq məhsullarının bahalaşması. Əvvəllər 40 manata olan menyuları indi tapmaq çətin məsələdir. Ucuz menyu tapmaq üçün menyudan bir sıra yeməkləri çıxarmalı olacaqsınız. Bəs, ümumiyyətlə, toy menyularının qiymətlərində artım nə qədərdir?

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, toy sektorunda bahalaşmanın təxminən 10-15 faiz arasında olduğu deyilir. Şadlıq evi müdiri Fərid Adıgözəlov bildirir ki, qiymət artımı son 2-3 ay ərzində baş verib.

Müştərinin istəyinə uyğun olaraq daha aşağı qiymətə menyular da təqdim etmək olur. Bunun üçün isə menyudan bəzi yeməklər çıxarılır.

Yaxın vaxtlarda qiymətlərdə düşmənin olacağı gözlənilmir. Toy sektorundan işləyənlər deyirlər ki, ərzaq və digər xərclərin bahalaşması bu templə davam edərsə, nəinki ucuzlaşma, bundan sonra bahalaşmanın olacağı da istisna edilmir.

Diaspora