“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib - VİDEO

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib -  VİDEO backend

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana gəlib.

Bu barədə tədbirin təşkiliatçılarından olan məşhur PUA-ların istehsalçısı “Baykar” müəssisəsinin rəhbəri Selcuk Bayraktar məlumat verib. 

Festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan Akıncı təxminən 5 saata Bakıya çatıb.

Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.

Uçuşlarını uğurla başa vuran Bayraktar Akıncı PUA-ları Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.

Qeyd edək ki, mayın 26-29-da “Baku Crystal Hall”da və Milli Parkda keçiriləcək “Teknofest” festivalı kosmos, texnologiya və aviasiya həvəskarlarını bir araya gətirəcək.

Dünyanın ən böyük texnologiya festivalı Türkiyədən kənarda ilk dəfə beynəlxalq səviyyədə məhz Azərbaycanda baş tutacaq.

Diaspora