Avqustun 24-də M.F.Axundzadə adina Milli Kitabxanada çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri, xalq şairi Fikrət Qocanın anadan olmasının 80 illiyi münasibətilə "Fikrət Qoca-80" adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə çap olunmuş kitabları, haqqında yazılmış, "Ön söz" yazdığı, redaktə etdiyi kitablar nümayiş olunub.