May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMA

May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? -  ARAŞDIRMA backend

Artıq may ayının sonlarına yaxınlaşırıq. Təbii ki, hər kəs meyvə və tərəvəzə üstünlük verir. İnsanlar daha çox meyvə almaq üçün bazarlara, marketlərə üz tuturlar. Amma meyvə od qiymətinə... 

Əvvəlki illərdə yerli meyvələr mart-apreldə baha olurdu, may ayında isə münasib qiymətə tapmaq mümkün idi. Artıq may bitmək üzrədir, amma insanlar piştaxtalardakı meyvələrə yalnız baxa bilirlər...

 

Siz bazara gedib, bir neçə çeşiddə hərəsindən bir kiloqram meyvə alsanız, ən azı 40-60 manatınızdan keçməli olacaqsınız.

Bir kiloqam çiyələk 3-6,50 manata, bir kq gilas 13-23 manata, bir kq tut 6 manata, bir kq alça 7-10 manatadır.

Deputat Vüqar Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, aparılan monitorinqlər istehlak bazarında kənd təsərrüfatı məhsullarının çox yüksək qiymətə təklif olunduğunu göstərir:

“Bu da inflyasiya yaradır. Yerli məhsulların qiymətlərinin optimallaşdırılması üçün süni qiymət artımının qarşısı alınmalıdır. Nəzərə alsaq ki, Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri qəbul olunub, onlardan biri də süni qiymət hallarının artırılmasına qarşı mübarizənin aparılmasıdır.

Bütün hallarda təklif olunan məhsullar üzrə xərcdə ciddi fərqlər yoxdursa, qiymətlərin yüksək təklif olunması artım deməkdir. Əvvəlki dövrlərdə xaricdən nisbətən ucuz kənd təsərrüfatı məhsulları idxal olunurdu, indi bir sıra aqrar ölkələr məhsul ixracatını məhdudlaşdırıb. Bu da bizim istehsal bazarına öz təsirini göstərir. Qiymətlərin optimallaşdırılması üçün monitorinqlər davam etdirilməlidir”.

Oxuculara Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən 2019-cu ilin may ayında meyvələrin qiymətini təqdim edirik:

2021-ci ilin may ayında gilasın bir kiloqramının qiyməti 1,50 manat təşkil edirdisə də, indi ən ucuzu 13 manatadır...

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli Oxu.Az-a açıqlamasında bildirib ki, bazarlarda satılan yerli meyvə-tərəvəzlərin qiyməti may ayı üçün yüksəkdir:

“Bu rəqəmi əvvəlki iki-üç illə qarşılaşdıranda qiymətlərdə çox ciddi artımın olduğunun şahidi oluruq. Bunun bir neçə səbəbi var. Tərəvəz qiymətlərinə enerji, herbisid, gübrə və əməkhaqqı artımları təsir edib. Eyni zamanda, idxal olunan meyvə-tərəvəzlərin qiymətlərində də müəyyən bir artım var. Bu da beş-altı faiz həcmində idxal inflyasiyası kimi təsir edir”.

Məhsulların qiymətlərinin baha olmasının digər səbəbi isə son illər ölkədə qeyri-münasib hava şəraitinin olması göstərilə bilər.

Məsələn, 2017-ci ilin may ayının bugünkü günü bağlarda gilas tam yetişmişdisə, bu gün hələ də bağbanlar nübar etməyiblər.

Fərq üçün şəkil təqdim edirik:

Ekspertin sözlərinə görə, havaların qeyri-sabit keçməsi meyvələrlə bağlı ciddi çətinliklərə səbəb olacaq:

“İstehsalın həcminin kəskin düşəcəyi və qiymətlərin artacağı görünür. İki-üç il əvvəllə müqayisədə qiymətlər həddən artıq çox olsa da, bu o qədər də təsir etməməli idi”.

Bütün bunları nəzərə alsaq, bu il meyvə-tərəvəzin qiymətində ciddi ucuzlaşmanın olacağını gözləmək olmaz... 

loading...
Diaspora