Bazar gününün HAVASI - Mülayim cənub-qərb küləyi...

Bazar gününün HAVASI - Mülayim cənub-qərb küləyi... backend

Mayın 22-də ölkədə havanın temperaturu 29 dərəcəyədək artacaq.

Ekologiya və Milli Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

Diaspora