Şəhid anasının 30 illik həsrəti bitdi - VİDEO

 Şəhid anasının 30 illik həsrəti bitdi - VİDEO backend

Şuşadan çıxdığı gündən ən böyük arzusu doğma yurduna qayıdıb şəhid oğlunun məzarını ziyarət etmək olan Fatma Qənbərovanın 30 il sonra bu arzusu yerinə yetib.

AzTV bu barədə süjet hazırlayıb.

F.Qənbərova bildirib ki, oğlunun məzarını tapıb ziyarət etmək həyat yoldaşının da arzusu olub. Amma İsrafilin qəbrini görmək onun yoldaşına qismət olmayıb, vəfat edib.

AzTV-nin operatoru olan İsrafilin qardaşı Elgün Qənbərov öz peşəsini yerinə yetirmək üçün dəfələrlə Şuşada olsa da, o da ilk dəfə olaraq qardaşının məzarını ziyarət edib.

E.Qənbərov Şuşada olarkən dəfələrlə qardaşının məzarını axtardığını bildirib.

Qeyd edək ki, İsrafil Qənbərov 1971-ci il avqustun 12-də Şuşada anadan olub. O, həqiqi hərbi xidməti müddətində 1991-ci il martın 14-də Əsgərana göndərilib. Pusquda duran ermənilər onun olduğu avtobusu gülləbaran ediblər. İsrafil aldığı güllə yarasından şəhid olub.

Daha ətraflı süjetdə:

Diaspora