Sentyabrda Regional Treninq Mərkəzinin açılışı olacaq

Sentyabrda Regional Treninq Mərkəzinin açılışı olacaq backend

Sentyabrın 16-17-də Ümumdünya Poçt İttifaqının (ÜPİ), Regional Rabitə Birliyinin (RRB), Moskva Rabitə və İnformasiyalaşdırma Texniki Universitetinin birgə təşkilatçılığı ilə yaradılan Regional Treninq Mərkəzinin açılışı olacaq və ilk treninqi keçiriləcək.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Moskva Rabitə və İnformasiyalaşdırma Texniki Universitetinin nəzdində yaradılan mərkəz region ölkələri üçün nəzərdə tutulub. Mərkəzdə MDB məkanından olan mütəxəssislərə öz bilik və bacarıqlarını artırmaq istiqamətində müxtəlif mövzular üzrə seminarlar təşkil olunacaq. İki gün davam edəcək treninqdə region ölkələrinin hər birində poçt sahəsində çalışan nümayəndələr iştirak edəcəklər.

Bu barədə məlumat verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov qeyd edib ki, ilk treninq beynəlxalq poçtun inkişafı, ÜPİ-nin xidmətin keyfiyyətinin artırılması fondundan istifadə və bu sahədəki dünya təcrübələrinin öyrənilməsi, əldə olunan biliklərin bölüşdürülməsi kimi mövzuları əhatə edəcək.

Diaspora