Qadir İbrahimli Lənkəranda dəfn olunub - FOTO - YENİLƏNİB

Qadir İbrahimli Lənkəranda dəfn olunub -  FOTO - YENİLƏNİB backend

Bu gün vəfat edən jurnalist Qadir İbrahimli dəfn olunub.

Apa xəbər verir ki, jurnalist doğulduğu Lənkəran şəhərindəki Sardaxlı qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhum jurnalistin yaxınları, media nümayəndələri iştirak edib.

 

***

11.46

Bu gün xəstəxanada vəfat edən jurnalist Qadir İbrahimlinin cənazəsi ailəsinə təhvil verilib.

Apa xəbər verir ki, jurnalistin cənazəsi Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılıb.

Daha sonra Qadir İbrahimli ilə "Jurnalistlər binası"nın qarşısında vida mərasimi keçiriləcək.

Jurnalist doğulduğu Lənkəran şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, bu gün səhər saatlarında vəfat edib.

Diaspora