Qənirə Paşayeva Ağdamda bir qrup şəhid ailəsi, qazi və Türk dünyasından aydınlarla görüşüb - FOTO

Qənirə Paşayeva Ağdamda bir qrup şəhid ailəsi, qazi və Türk dünyasından aydınlarla görüşüb -  FOTO backend

V Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirildiyi Quzanlıdakı Ağdam Muğam Mərkəzində baş tutan görüşdə, 44 günlük müharibədə şəhid olan hərbçilərimizin ailə üzvləri, qazilər, Həmzə Nigari nəslinin təmsilçiləri, Laçının Cicimli kəndin nümayəndələri və simpoziumun təşkilatçılarından olan Amasiya Universitetini təmsil edən alimlər, Amasiyadakı Azərbaycan Türkləri Kültür Sənət və Dayanışma Dərnəyi rəhbərliyi iştirak edib.

Sözügedən simpoziumun və onun Azərbaycanla Türkiyənin elm-təhsil, mədəniyyət qurumlarının ortaq təşkilatçılığı ilə keçirilməsinin önəmindən söz açıb, qardaşlıq vurğusu edib:

“Çox şadam ki, 44 günlük II Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıqdan sonra növbəti dəfə Həmzə Nigari Simpoziumuna yığşmışıq. Bu anlamlı gündə şəhidlərimizi dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik. Sözünün, fikrinin işığına yığışdığımız mütəfəkkirimiz Həmzə Nigari özü Laçının Cicimli kəndində doğulub. Onun doğulduğu kənd də daxil olmaqla, Laçının, Şuşanın, digər şəhər və kəndlərimizin azadlığı, bütün bölgədə yeni gerçəkliklər yaradan böyük tarixi Zəfərdir.

44 günlük müharibədə, ümumən son 30 ildə haqlı davamıza mənəvi dəstək göstərən qardaş ölkəmizə, aydınlara könül dolusu təşəkkür edirik. Amasiya Universitetində keçirilən müxtəlif tədbirlərdə iştirakımı, eləcə də Azərbaycan Türkləri Kültür Sənət və Dayanışma Dərnəyini ziyarətlərimi xatırlayıram. Həmin görüşlərdə ifadə olunan ülvi arzuların həyata keçməsi hamımızın fərəhi, qürurudur. Yadımdadır biz həmişə “İnşallah növbəti görüşlərimizi Qarabağda, işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda keçirək!” deyirdik. Deyirdik ki, Azərbaycanla Türkiyənin birliyi tarixi zəfərimizi tezləşdirəcək. Budur, artıq iki ildir tarixi Zəfərə imza atmışıq. Fikrimi, Müzəffər Ali Baş Komandanımızın bugünlərdə Rizə-Artvin Hava Yolunun təntənəli açılış mərasimində xüsusi vurğuladığı sözlərlə gücləndirmək istərdim: “Bu bizim ortaq qələbəmizdir”! Bu qələbəni biz yalnız arzulamırdıq, biz qələbəni tarixi zəruriyyət kimi görür, ona inanırdıq!”

Diaspora