Yağış yağacaq

Yağış yağacaq backend

Avqustun 26-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 23-26 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı - ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22 , gündüz 22-27 dərəcə, dağlıq rayonlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

Diaspora